HammAli və Nəvainin klipində çəkilən aktrisa qəzada öldü – VİDEO

HammAli və Nəvainin klipində çəkilən aktrisa qəzada öldü – VİDEO

Hazırda oxunan: HammAli və Nəvainin klipində çəkilən aktrisa qəzada öldü – VİDEO

611448

Rusiyalı aktrisa və bloqer Kseniya Dobromilova Moskvada motosiklet qəzası nəticəsində həyatını itirib.

Bizim.Media xəbər verir ki, Dobromilova HammAli & Navainin “Döyüşçü qız” mahnısına çəkilmiş kliplə tanınırdı.
 

Hadisə Moskvanın Bolşaya Doroqomilovskaya küçəsində baş verib. Məlumata görə, Kseniya Dobromilova baykerlərin yürüşünü lentə alarkən motosikletçilərdən biri motosikleti arxa təkər üzərinə qaldırıb. Lakin o, idarəetməni itirərək aktrisanı vurub.


Hadisə yerinə gələn həkimlər Dobromilovada çoxsaylı sınıqlar aşkarlayıblar. Onlar aktrisanı yerində reanimasiya etməyə çalışsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzadan sonra rusiyalı reper Navai aktrisanın ölümünə münasibət bildirib.

“Yeri cənnət olsun”, - deyən sənətçi əlavə açıqlama vermədən uzaqlaşıb.
 

Dobromilovanı ölümcül şəkildə vuran motosiklet sürücüsünün 32 yaşlı Maksim Z. olduğu bildirilir. Qəza nəticəsində onun əllərində və çiynində əziklər, topuq bağlarında dartılma qeydə alınıb. Bayker xəstəxanaya yerləşdirilməkdən imtina edib.


Məlumata görə, toqquşmadan sonra motosiklet qarşı hərəkət zolağına çıxaraq “Mitsubishi” markalı avtomobilə çırpılıb.

Sürücü polis tərəfindən saxlanılıb. Qəzanın başvermə şəraitinin müəyyənləşdirilməsi Moskva Prokurorluğunun nəzarətindədir.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO