Boksçumuz Olimpiya 2-cisi oldu - Foto

Boksçumuz Olimpiya 2-cisi oldu - Foto

Hazırda oxunan: Boksçumuz Olimpiya 2-cisi oldu - Foto
647394
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

Bizim.Media xəbər verir ki, Seneqalda 51 kq çəki dərəcəsində mübarizə aparan milli komandamızın üzvü finalda Qrenyellis Qarsiya (Venesuela) ilə üz-üzə gəlib.
 

Döyüşdə rəqib qalib gəldiyi üçün Hüseynova Olimpiya Oyunlarının ikincisi olub. O, bununla da Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazanan ilk azərbaycanlı qız boksçu kimi tarixə düşüb.


Qeyd edək ki, Gülər Hüseynovadan əvvəl oğlan boksçularımızdan Rüfət Hüseynov (49 kq) Nankin-2014-də qızıl, Sinqapur-2010-da Salman Əlizadə (48 kq) ilə Elvin İsayev (57 kq) gümüş, Buenos-Ayres-2018-də isə Nurlan Səfərov (60 kq) bürünc mükafat əldə ediblər.

Boksçumuz Olimpiya 2-cisi oldu - Foto - foto 1


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO