
- A-
- A
- A+
Avropada ən yüksək maaş verən ölkə hansıdır? - Almaniyanı belə qabaqlayır
Avropanın inkişaf etmiş ölkələrində əməkhaqlarının yüksək olmasını hamı bilir və arzulayır. Lakin reytinq tutulsa, xalq arasında bəlkə də ən öndə Almaniyanın olduğunu düşünəcəklər.
Lakin belə deyilmiş...
Avropanın ən yaxşı maaşlı ölkəsi Lüksemburq imiş. Lüksemburq böyük fərqlə birinci yerdədir. Burada əməkhaqları Avropa üzrə orta göstəricinin 206%-ni, qiymətlər isə 132%-ni təşkil edir ki, bu da 156 ballıq alıcılıq qabiliyyəti indeksi ilə nəticələnir. Ondan sonrakı yerləri Avstriya (129), Belçika (128), daha sonra Danimarka və Almaniya (hər biri 126) tutur.
Lakin Almaniyada əməkhaqqı yüksək olsa da Danimarka ilə müqayisədə qiymətlər bahadır.
Polşa və Rumıniya daha varlı qonşularını geridə qoyur
Polşada alıcılıq qabiliyyəti indeksi 79 bal təşkil edir ki, bu da Çexiya (70), Portuqaliya (72), Estoniya və Latviyadan (66) daha yüksəkdir. 77 bal toplayan Rumıniya da Portuqaliyanı qabaqlayır.
Bu nəticə gəlir və qiymətlər arasındakı əlaqə ilə izah olunur. Rumıniyada əməkhaqları Avropa üzrə orta göstəricinin təxminən yarısını təşkil etsə də, qiymətlər xeyli aşağıdır – Aİ üzrə orta göstəricinin 65%-i səviyyəsindədir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































