Əməkdar artist Vasif Məhərrəmli həmkarları Elnarə Abdullayeva və Könül Kərimovanın "Biz şou-biznesdə deyilik" sözünə etiraz edib.
Bizim.Media xəbər verir ki, "Gün ortası" verilişində qonaq olan sənətçi həmkarlarının sözlərinə etiraz edib.
O, bildirib ki, ifaçılıqla məşğul olan hamı şou-biznes adamı sayılır:
"Sözün mahiyətinə varmırlar. Təkrar edirəm: yaxanı çəkib kənara qoya bilərsən. Bu, muğam, estrada oxuyanlara, toya getməyib, şou-proqramda çıxış edən bütün vokalla məşğul olana aiddir. Hətta Gədəbəyin ucqar kəndində toya gedib, oxuyan biri də şou-biznesdədir. Hamısı şou-biznesin içindədir, bu qədər sadə. Konsert verirsən, birbaşa bu işin içindəsən. Biznes pul qazanmaqdır. Sən ifa edirsənsə, burada şou var. Burada şou göstərmək deyil məsələ. Mən oxuyuram, insanlar maşında, evində əylənir. Bunun bütövlükdə adı şoudur".
Qeyd edək ki, E.Abdullayevanın "Şou-biznes var? Mən bilmirəm... Şou-biznes nədir bilmirəm. Zarafat etmirəm. Biz şou-biznes adamıyıq?" sözlərinə K.Kərimova "Biz şou-biznesdə deyilik, əsla. Şou başqa anlamdır. Biz şou adamı deyilik. Oxuduğumuza, geyimlərimizə baxsanız görərsiniz. Şou-biznesdə mehribançılıq yoxdur. Hərə öz aləmində, istəyində, düşüncəsindədir. Şou göstərsəydik yanımızda oxuyanda rəqqaslar olardı" reaksiyasını verib. (axşam.az)
Bizim.Media









































































































