“Həyatımın ən gözəl vaxtını yaşayıram”

“Həyatımın ən gözəl vaxtını yaşayıram”

Hazırda oxunan: “Həyatımın ən gözəl vaxtını yaşayıram”

608559

Rəqqasə Rəna Ağamuradova sosial şəbəkədə etdiyi səmimi paylaşımı ilə izləyicilərinin diqqətini çəkib.

Bizim.Media xəbər verir ki, sənətçi hazırkı həyat mərhələsindən olduqca məmnun olduğunu ifadə edib.

Renka paylaşımında daxili dünyasında baş verən müsbət dəyişikliklərdən söz açaraq bildirib ki, artıq özünə daha çox vaxt ayırır və özünü daha dərindən tanımağa başlayıb.

O, fikirlərini bu sözlərlə ifadə edib: “Həyatımın ən gözəl vaxtını yaşayıram. Ancaq özümlə məşğulam, özümü anlamağa başlamışam, özümü sevməyə başlamışam. Kitablar oxuyuram, maraqlı insanlarla tanış oluram, həyatımda belə rahat, hüzurlu olmamışdım”.

Sənətçinin bu paylaşımı izləyiciləri tərəfindən müsbət qarşılanıb. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO