Sami Yusifdən Əməkdar artistlə bağlı paylaşım - FOTO

Sami Yusifdən Əməkdar artistlə bağlı paylaşım - FOTO

Hazırda oxunan: Sami Yusifdən Əməkdar artistlə bağlı paylaşım - FOTO
41005
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünyaca məşhur müğənni Sami Yusif Əməkdar artist Təyyar Bayramovla bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, o bildirib ki, S.Yusif oktyabrın 22-si və 23-də Dubayda “Expo 2020”də verəcəyi konsertində xanəndənin də onunla birlikdə səhnəyə çıxacağını bildirib.

İfaçı qeyd edib ki, T.Bayramov solist kimi gecədə onu müşaiyət edəcək. O, həmçinin konsertdə muğam da səsləndirəcək.

“Muğam Azərbaycanın zəngin və mürəkkəb musiqi ənənəsidir. Təyyar Bayramov Azərbaycan Milli Konservatoriyasında tələbə ikən bu üslubda oxumağa başlayıb.

Möhtəşəm istedadı və bacarığı ona Beynəlxalq Muğam Müsabiqəsində Qran Pri və Azərbaycan Prezidentinin sərəncamı ilə “Əməkdar artist” adı da daxil olmaqla bir çox mükafatlar qazandırıb. Bu gün uğurlu musiqi karyerası ilə yanaşı, Təyyar Bayramov həm də konservatoriyanın professorudur”, - deyə Sami Yusif Təyyarla bağlı məlumatda yazıb.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO