
- A-
- A
- A+
Kardaşyan Cennifer Lopezi Ermənistana gətirmək üçün bu yola ƏL ATDI
Erməniəsilli model Kim Kardaşyan məşhur müğənni Cennifer Lopezin Ermənistanda konsertinin təşkili xərclərini öz üzərinə götürüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Lopezin komandası əvvəlcə Ermənistanda konsertin təşkili üçün şirkətlər axtarıb və onların tələblərini təmin edəcək şirkət tapmağa çalışıb.
Lakin nəşrin ehtimalına görə, müğənninin komandasının rekord sayıla biləcək 1 milyon dollar tələbinə görə Ermənistanda heç bir şirkət bu məsuliyyəti öz üzərinə götürmək istəməyib.
Nəticədə Ermənistanda sponsor tapa bilməyən Lopezin komandası sonda Kardaşyana müraciət edib. Amma Kardaşyanın konsertin təşkili ilə bağlı hansı şirkətlə anlaşacağı hələlik məlum deyil.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































