Beyons Los-Ancelesdə yanğından zərər çəkənlərə pul verdi - FOTO

Beyons Los-Ancelesdə yanğından zərər çəkənlərə pul verdi - FOTO

Hazırda oxunan: Beyons Los-Ancelesdə yanğından zərər çəkənlərə pul verdi - FOTO
229922
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünya şou-biznesinin super ulduzu Beyons Los-Ancelesdəki dağıdıcı yanğınların qurbanlarına kömək üçün ianə edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, İnstagramda yazıb.

Qeyd edib ki, onun əvvəllər elan etdiyi 14 yanvar tarixli buraxılışı Los-Anceles ətrafındakı ərazilərdə baş verən dağıdıcı yanğınlar səbəbindən təxirə salınıb:

“Mən bu faciədən zərər çəkmiş ailələrin bərpası və şəfası üçün dua edirəm. Los Anceles ictimaiyyətini qorumaq üçün yorulmadan çalışan cəsarətli müdaxiləçilərə xeyir-dua arzulayıram".

Müğənni zərərçəkənlərə yardım etmək üçün ianə etdiyini də bildirib: “BeyGOOD LA Fire Relief" Fondu evlərini itirmiş ailələrə və bu işdə fəal iştirak edən ictimai təşkilatlara birbaşa yardım üçün 2,5 milyon dollar (4,2 milyon manatdan çox) ayırıb. Bizə qoşulun və nə olursa olsun, töhfənizi verin”.

Beyons Los-Ancelesdə yanğından zərər çəkənlərə pul verdi - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO