Müğənni Tural Gəncəli "avtoşluq" etdi - Həbs edildi - VİDEO

Müğənni Tural Gəncəli "avtoşluq" etdi - Həbs edildi - VİDEO

Hazırda oxunan: Müğənni Tural Gəncəli "avtoşluq" etdi - Həbs edildi - VİDEO
227705
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müğənni Tural Gəncəli yol hərəkəti qaydalarını pozaraq bir neçə avtomobilə ziyan vurub.

Bizim.Media xəbər verir ki, görüntülərdə onun "Toyota Prius" markalı maşını bir neçə dəfə qəsdlə vuraraq ərazidən uzaqlaşdığı, polis əməkdaşlarının tələbinə məhəl qoymadığı görünür.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli oxu.az-a açıqlamasında bildirib ki, narkotik vasitənin təsiri altında olan, hərəkət iştirakçılarının həyatına real təhlükə yaradan, "Mercedes-Benz" markalı 99-MM-276 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tural Abdullayev tabesizlik göstərsə də, görülən tədbirlər nəticəsində saxlanılıb və toplanılmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən, T.Abdullayevin sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla o, 30 sutka inzibati qaydada həbs edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO