Səidə Sultan: “Ana olmaq üçün planlar qurmuram”

Səidə Sultan: “Ana olmaq üçün planlar qurmuram”

Hazırda oxunan: Səidə Sultan: “Ana olmaq üçün planlar qurmuram”
196604
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Valideynlərim elə düşünürdülər ki, onların oğlan övladı dünyaya gələcək. Amma mən dünyaya gəldim. Gəldim, qız çıxdım. Mən oğlan kimi yaşayıb, oğlan kimi fikirləşirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan “Qonaqcanlı” verilişində deyib. 

Sənətçi cəmiyyətdə qızların yaşı artıqca onlara ünvanlanan “Niyə ərə getmirsən?” fikirlərinə münasibət bildirib: 

“Şəxsi həyatım qurulmalı idi ki, rahat olum. Çünki biz elə bir cəmiyyətdə yaşayırıq ki, rahatlığımız yoxdur. Qızlarımızın biraz yaşı keçəndən sonra onları “Nə vaxt ərə gedirsən?” kimi suallarla sorğu-sual etməyə başlayırlar. Mən də bu cəmiyyətdə yaşadığıma görə bir sıra məsələləri kənara qoymuşam və artıq öz işlərimlə, yəni sənətimlə məşğul oluram”. 
Proqramın gedişatında aparıcının “Səidə, səni “Instagram”da izləyirəm. Elə bil ki, çəki almısan. Elə zənn etdim ki, ana olmağa hazırlaşırsan” sözlərinə Səidə “Bir müddət əvvəl kökəlmişdim. İndi isə çəkimi aşağı salmağa çalışıram. Mənə köklük yaraşmır. Yox, ana olmamışam. Ana olmaq üçün planlar qurmuram. Bu, Allahın işidir” cavabını verib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO