Naibə Allahverdiyeva: “Dəfələrlə ikinci ərimdən boşanmaq istəmişəm, amma o, məndən əl çəkmir” - VİDEO

Hazırda oxunan: Naibə Allahverdiyeva: “Dəfələrlə ikinci ərimdən boşanmaq istəmişəm, amma o, məndən əl çəkmir” - VİDEO

186172

“Mən ikinci dəfə ailə qurmağımdan razı deyiləm. Mən “ağı qaradan ayıra bilmədim”... Həyat yoldaşım da mənim razı olmadığımı bilir. Bu haqda da ona dəfələrlə demişəm. Mən heç bilmirəm həyat yoldaşım məni istəyir yoxsa yox. İstək hərəkətlər və əməllərlə məlum olmalıdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva qonaq olduğu “Həftənin qonağı”  verilişinə müsahibəsində deyib. 

Aktrisa ikinci həyat yoldaşı Yusif bəylə münasibətlərindən söz açıb. Naibə bildirib ki, dəfələrlə ikinci ərindən boşanmaq istəsə də, lakin qarşı tərəf buna imkan verməyib:  

“Kişi qaya, qadın isə dənizin dalğasıdır. Vurur özünü qayaya... Qaya isə düppədüz durur. Əks cinsin nümayyəndələri düşünürlər ki, qadınlar hər zaman narazıdırlar. Amma mən narazı deyiləm. Mən “Hər şey var, amma bu narazıdır” düşüncəsində əsla deyiləm. Ümümiyyətlə heç nə yoxdur. Dəfələrlə boşanmaq istəmişəm. Amma həyat yoldaşım məndən əl çəkmir. Yenə deyirəm istəmək sözdə yox əməldə olmalıdır. Bəzən kişilər qadınlara “sevgi” sözünü belə qıymırlar. Mən şıltaq deyiləm. Küsəyənəm...

Mən insanam axı... Bəlkə də mənim kimi qadınlar çox azdır. Bu 8 il evliliyin 3 ilini təkcə sevgi içində yaşamışam. Çox şeylər oldu. Kaprizli insan deyiləm. Çox təmizkaram. Çox şey tələb edən qadın deyiləm. Belə qadını hansı kişi əldən buraxmaq istəyər? Qalmaqal yaradan qadın deyiləm. Bu qədər teatrda işləmişəm, amma indiyə kimi heç kimin xətrinə dəyməmişəm”.  
Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Naibə Allahverdiyeva ilə ikinci həyat yoldaşı Yusif bəy arasında söz-söhbət yaşanıb və aktrisa ondan ayrılmaq istəyib.

“Bizimləsən” ictimai-sosial proqramında cütlüyün ailə dramı müzakirəyə çıxarılıb. Naibənin əri verilişin canlı efirinə zəng edərək, qarşı tərəfin onu bağışlamasını istəyib. Allahverdiyeva verilişin aparıcısı Zaur Baxşəliyevin təkidi ilə ona ikinci şans verib.    

 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO