Mina Hüseyn ailəsindən DANIŞDI: “8 yaşımda valideynlərim boşanıblar” – VİDEO 

Hazırda oxunan: Mina Hüseyn ailəsindən DANIŞDI: “8 yaşımda valideynlərim boşanıblar” – VİDEO 

185573

“Valideynlərimlə yaşayıram. İki qardaşın bir bacısıyam. Qardaşlarım məndən böyükdürlər. Evimizə gəlib çəkiliş etmək istəyən bir çox verilişlər olub. Amma anam buna icazə verməyib. Deyir ki, evdə çəkiliş etmə. Elə düşünməyin ki, evimiz təmirsizdir. Sadəcə, anam istəmir ki, onu çəksinlər sonra da küçədə tanısınlar. Anam evdar xanımdır. Mən ona çox oxşayıram”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn qonaq olduğu “Həmin Zaur” verilişində deyib. 

Sənətçi bildirib ki, onun 8 yaşı olarkən valideynləri boşanıb və atası ilə münasibətlərini bərpa etmək niyyətində deyil: 

“Atam anamdan ayrılıb. Mən uşaq olarkən onlar artıq boşanmışdılar. Səkkiz yaşıma kimi birlikdə yaşamışıq. Sonra isə ayrılıblar. Münasibətimiz yoxdur. O, ikinci dəfə ailə qurmayıb. İstəyərdim ki, atamla birlikdə olaq, amma şərtlər artıq o deyil. Qismət...” 

Mina qardaşlarının evli olduğunu vurğulayıb: 

“Qardaşlarımın harada işləməsi ilə bağlı məlumat vermək istəmirəm. Onlar haqqında ümumiyyətlə, danışmaq istəmirəm. Qardaşlarım evlidirlər. Qardaşlarım mənə də, anama da maddi cəhətdən kömək olurlar. Hər ikisi də mənim müğənni olmağıma razıdırlar. Bizim ailəmiz çox müasirdir”. 

Qeyd edək ki, M.Hüseyn S.Həsənovla 2022-ci ilin martında gizli şəkildə ailə qurub. Daha sonra sənətçi ərindən ayrıldığını və boşandığını açıqlamışdı. Onun sözlərinə görə, buna səbəb həyat yoldaşının onu aldadaraq özünü varlı şəxs kimi təqdim etməsi, eyni zamanda ona qoyduğu qadağalar olub. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO