Hüseyn Həsənov: “Avtobusu gözlədiyim yerə “Rolls-Royce”la gəlmək gözəl hisslərdir” – FOTO 

Hazırda oxunan: Hüseyn Həsənov: “Avtobusu gözlədiyim yerə “Rolls-Royce”la gəlmək gözəl hisslərdir” – FOTO 

185102

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı videobloger və iş adamı Hüseyn Həsənov Azərbaycana gəlib. 

Bizim.Media xəbər verir ki, Hüseyn Bakıya gələr-gəlməz böyüdüyü Bülbülədəki evlərinə yollanıb. 

Həsənov oraya lüks və dəbdəbəli “Rolls-Royce” avtomobilində gəlib. Bloger evləri önündə maşınına söykənmiş halda çəkilən fotosunu sosial şəbəkə hesabında paylaşaraq bu sözləri yazıb: 

“Buraya gəldim. Hansı ki burada kiçik yaşlarımda bir neçə il yaşamışam. Marşrut avtobusu gözlədiyim yerə “Rolls-Royce” avtomobili ilə gəlmək çox gözəl hisslərdir”. 

Digər paylaşımda isə Həsənov Nardaran ərazisində aldığı yeni mənzilinin təmirini bitirdiyi ilə bağlı görüntülər yayımlayıb. Hüseyn evinə aldığı elektron avadanlıqların və qab dəstlərinin fotosunu paylaşıb. 
Bloger bildirib ki, yeni mənzilinin açarlarını ona mayın 20-si təqdim edəcəklər. 




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO