İrina Şeyk transparan libasda tətildən yeni FOTOLARINI paylaşdı

İrina Şeyk transparan libasda tətildən yeni FOTOLARINI paylaşdı

Hazırda oxunan: İrina Şeyk transparan libasda tətildən yeni FOTOLARINI paylaşdı

183586

Dünyaca məşhur rus əsilli supermodel İrina Şeyk yeni paylaşımları ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, podium ulduzu dəniz kənarındakı istirahətindən çəkdirdiyi fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Şəkillərin birində Şeyk makiyajsız və bəbir printli baş bandı taxaraq simasını nümayiş etdirib.

Digər fotolarda İrina, dənizdə heyvan təsviri olan ağ-qara çimərlik paltarında üzüb. Qalan kadrlarda İrina bəbir printili şəffaf bikinidə cazibədar pozlar verib. 
Supermodel paylaşdığı şəkillərə “Vəhşi təbiətə qayıdın” qısa şərhini yazıb. 

Qeyd edək ki, son zamanlar İrina Şeyk keçmiş sevgilisi Bredli Kuperlə bağlı məsələlərlə gündəmə gəlir. Belə ki, Kuperin Cici Hadidlə münasibətdə olduğu bildirilir. Maraqlısı isə budur ki, Kuperlə hadidi məhz Şeykin tanış etdiyi iddia olunur. 











Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO