Elzadan Moskva toyları ilə öyünən həmkarlarına: “Ciblərində pul olanlar üçün oxuyurlar” – VİDEO 

Elzadan Moskva toyları ilə öyünən həmkarlarına: “Ciblərində pul olanlar üçün oxuyurlar” – VİDEO 

Hazırda oxunan: Elzadan Moskva toyları ilə öyünən həmkarlarına: “Ciblərində pul olanlar üçün oxuyurlar” – VİDEO 

178319

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar artist Elza Seyidcahan Moskva toyları ilə öyünən ifaçıları tənqid edib. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi “Tarixin bir günü” verilişində söz açıb. 

“Bəzi müğənnilər başlarında musiqi notu yox, ciblərində pul olanlar üçün oxuyurlar. Onlar pul üçün oxuyurlar. Bəzi ifaçılar çıxıb deyirlər ki, mən Moskva toylarına düşmüşəm. Moskvadakılar yazıq olmasınlar, buradan gediblər, bir nəsli dolandırırlar. Onlar ora bir qaloşla gediblər, bazarda meyvə satıb əllərinə pul gəlib. İndi bu demək deyil ki, bu, musiqini bilir.

Bu sənin üçün aşağı səviyyədə olan musiqini sevir. Zamanında dahi bəstəkarımız Qara Qarayev bu musiqilərlə böyük mübarizə aparıb. Bu yaxınlarda onun 106 yaşı oldu, mən konfranslarda oldum, musiqişünaslarımız Qara Qarayevin ən çox tənqidçiliyindən danışdılar. Qara Qarayev o tənqidçiləri qızıl axtaranlara bənzədib. Deyirdi ki, tənqidçi sübut edəcək dərəcədə izah etməyi bacarmalıdır. Tənqidçilərə mənim canım da qurban. Tənqidçilər olmasa, biz inkişaf etmirik”, - deyə Elza vurğulayıb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO