Nura Suridən ETİRAZ: “Zeynəb Xanlarovaya qarşı qara piar qəbulolunmazdır, ağını çıxartmısınız” - FOTO

Hazırda oxunan: Nura Suridən ETİRAZ: “Zeynəb Xanlarovaya qarşı qara piar qəbulolunmazdır, ağını çıxartmısınız” - FOTO

171727

“Cəmiyyətimizdə son zamanlar yaşlı sənətkarlara qarşı aqressiya müşahidə edirəm. Xüsusi ilə də Zeynəb Xanlarovaya qarşı qara piar qəbulolunmazdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

Nura Xalq artisti Zeynəb Xanlarovanın AzTV-dəki çıxışını və görünüşündəki dəyişikliyi lağa qoyan sosial şəbəkə əhlini sərt şəkildə tənqid edib: 

“Dünyanın heç bir yerində sənətkar qocaldığına görə bulinqlə üzləşmir.  Yaşa dolan insanlara hörmətlə yanaşın. Siz də qocalacaqsız. Qocalmaq ayıb deyil. Lap ağını çıxartmısınız. Yekə kişilər yaşa dolan xanım müğənnilərin, aktrisaların şəklini paylaşıb ağıllarına, ağızlarına gələni yazırlar. Mənəviyyatsız insanlarla bir cəmiyyətdə yaşamaq çox üzücüdür. Yəqin evdə yaşlanan valideyinlərinizi də sevmirsiniz. Kim sizə haqq verib ki, insanları görünüşünə, geyiminə, yaşına görə təhqir edəsiniz? Sadəcə mənəviyyatsızlığınızı və dərrakəsizliyinizi nümayiş etdirirsiniz”, - deyə müğənni əlavə edib. 


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO