Şəbnəmə avtomobil hədiyyə edən pərəstişkarı: “Maskalarını açıb, paxıllıqlarını göstərdilər” – VİDEO 

Şəbnəmə avtomobil hədiyyə edən pərəstişkarı: “Maskalarını açıb, paxıllıqlarını göstərdilər” – VİDEO 

Hazırda oxunan: Şəbnəmə avtomobil hədiyyə edən pərəstişkarı: “Maskalarını açıb, paxıllıqlarını göstərdilər” – VİDEO 

167353

Xəbər verdiyimiz kimi, ötən həftələrdə müğənni Şəbnəm Tovuzluya canlı efirlərin birində xanım pərəstişkarı dəyəri 50 min manatlıq xarici markalı avtomobil hədiyyə edib. Məsələ ilə bağlı bir neçə il əvvəl efirdə dəbdəbəli “Range Rover” markalı nəqliyyat vasitəsi hədiyyə edilən müğənni Afət Fərmanqızı həmkarına fanatı tərəfindən avtomobil bağışlanmasına inanmadığını və yalan olduğunu bildirib. 

Bizim.Media xəbər verir ki, Şəbnəm “acı bağırsaq” kimi uzanan və müzakirələrə səbəb olan bu məsələyə “Maqazin plyus” verilişində aydınlıq gətirib. 

“Yaxın zamanda mənə hədiyyə verən Gülü adlı xanım pərəstişkarımla onu tanış edərəm. Xanımın mənə sevgisi, dəyəri varsa, qoy olsun o avtomobilin dəyəri 50 min manatdır, nə böyük puldur? Mən o avtomobildən atama 3 və ya 4 dənə alaram. Əgər mən özüm 130 min dollarlıq avtomobil sürürəmsə, atama 50 min manatlıq maşın ala bilmirəm? Mən istəmirəm, siz məni Afət xanımla üz-göz edəsiniz. Ona hörmətim var”, - deyə Şəbnəm vurğulayıb. 

Daha sonra müğənni müsahibə zamanı ayaqüstü ona avtomobil hədiyyə edən Gülü adlı xanım pərəstişkarı ilə videozəng edib. Gülü xanım isə gəzən söz-söhbətlərə bu açıqlaması ilə son qoyub: 

“Nəyə görə içimdən gələn bir hədiyyəni sevdiyim və istədiyim müğənniyə verməyim? Onlar belə xoş olmayan şeylər danışıb, maskalarını açıb, paxıllıqlarını göstərdilər. Nə üçün belə şeylər yaranır? Mən istəmişəm və Şəbnəm xanıma, daha doğrusu onun atasına bu avtomobili hədiyyə vermişəm. İçimdən gəlib, belə bir hədiyyə etmişəm”. 
Müğənni isə bu anda “Allah şahiddir ki, mən bu xanım pərəstişkarımın ailələrində olan toylarına gedirəm. Burada yalan ola bilməz” sözlərini dilə gətirib. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO