Elzadan bayağı ifaçılara: “Görməmiş kimi evlərini, avtomobillərini nümayiş etdirən manqurtdurlar” – VİDEO 

Elzadan bayağı ifaçılara: “Görməmiş kimi evlərini, avtomobillərini nümayiş etdirən manqurtdurlar” – VİDEO 

Hazırda oxunan: Elzadan bayağı ifaçılara: “Görməmiş kimi evlərini, avtomobillərini nümayiş etdirən manqurtdurlar” – VİDEO 

167350

“Bu dəqiqə şou-biznesdə aləm bir-birinə qarışıb. Bilmirsən ki, müğənni kimdir... Hamısı üzdən bir-birilərinə oxşayırlar. Bəzən də səslərini belə tanımırsan. Hamı eyni janr və tərzdə oxuyur. Adları da şəxsiyyət vəsiqələrində olan adlar deyil. Hamısı özünə təxəllüs götürüb. Saçı uzun Suray xanım, beli incə, ombaları böyük. Onlara “armudu stəkan” deyib, armudu stəkanı təhqir etmək istəmirəm. Armudu stəkan mənim üçün bəzi məhfumlardan daha hörmətlidir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyini üzvü (AYB), Əməkdar artist Elza Seyidcahan “Maqazin plyus” verilişinə müsahibəsində deyib. 

Sənətçi bayağı ifaçıları manqurt adlandırıb: 

“Onlar savadsız yox, manqurtdurlar. Manqurt isə nə öz adət-ənənəsini, nə öz musiqisini, nə də ki, öz milli-mənəvi dəyərlərini tanıyır, bilir. Belələri hər şeyini itiriblər. Manqurtlar görməmiş kimi evlərini, avtomobillərini nümayiş etdirirlər. Özlərini xeyriyyəçi kimi televiziyalara çıxıb nümayiş edirlər. Özlərini imkanlı təqdim edirlər. Belə şəxslər çoxdanın qocalmışlarıdır. Onlara bilmirəm, qartımış deyim və ya sonradan görmüşlər deyim. Bunlar hər şeydən dönmələrdirlər. Abır-həyaları da yoxdur”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO