Təranə Qumral:

Təranə Qumral: "Nə yaşımız var, hələ 4-cü övladımız olacaq" - VİDEO

Hazırda oxunan: Təranə Qumral: "Nə yaşımız var, hələ 4-cü övladımız olacaq" - VİDEO

167290

Müğənni Təranə Qumral şəxsi həyatı ilə bağlı verdiyi açıqlaması ilə gündəmə səs salıb. 

Bizim.Media xəbər verir ki, sənətçi "Maqazin plyus" verilişinə müsahibəsində yenidən ana olmaq istəyini bildirib.

"Biz təzə evlənmişik. Hələ dördüncü uşağımızın olmasını gözləyirik. Dördüncü övlad istəyirik özü də oğlan övladı. Nə olacaq ki? Bizim axı hələ nə yaşımız var ki? Bəlkə bundan sonra bağlanar bu söz-söhbətlər (ayrılması iddialarını nəzərdə tutur - red.) Hələ dünyaya gətirəcəyim uşağa ad qoymamışam. Baxarıq...", - deyə Təranə vurğulayıb. 
Onun hər sözünü isə yanında duran müğənni əri Musa Musayev gülərək, təsdiqləyib.

Qeyd edək ki, Təranə və Musa cütlüyünün Qumral, Fidan və Sevgim adlı üç qız övladı var.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO