Məşhur türk cütlüyü barəsində istintaq başladı

Məşhur türk cütlüyü barəsində istintaq başladı

Hazırda oxunan: Məşhur türk cütlüyü barəsində istintaq başladı

167238

Türkiyənin keçmiş məşhur cütlüyü Selin Ciğerci (cinsini dəyişərək qadın olan) və futbolçu Gökhan Çıra barəsində İstanbul Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.

Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polatın həbsindən sonra bəzi sosial media fenomenlərinə qarşı araşdırmalar davam edir. 

Bu çərçivədə İstanbul Respublika Baş Prokurorluğunun sosial media fenomeni Selin Ciğerci və onun keçmiş əri Gökhan Çıra qarşı istintaq başlatdığı bildirilib.

Qeyd edək ki, keçmiş cütlük 2 dəfə rəsmi şəkildə evlənib, daha sonra boşanıb. Selin və Gökhan bahalı həyat tərzləri ilə həm maqazin verilişlərində, həm də sosial mediada müxtəlif zamanlarda müzakirə predmeti olublar.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO