Paris Hilton iki övladının niyə surroqat anadan doğulduğunun səbəbini AÇIQLADI – FOTO 

Paris Hilton iki övladının niyə surroqat anadan doğulduğunun səbəbini AÇIQLADI – FOTO 

Hazırda oxunan: Paris Hilton iki övladının niyə surroqat anadan doğulduğunun səbəbini AÇIQLADI – FOTO 

166973

“Hilton” otellər şəbəkəsinin varisi, məşhur Hollivud ulduzu Paris Hilton iki uşağının niyə surroqat anadan dünyaya gəlməsi ilə bağlı məsələyə aydınlıq gətirib. 

Bizim.Media xarici mətbuata istinadə xəbər verir ki, Parisin sözlərinə görə, bu qərar onun üçün asan olmayıb, çünki o, hamilə qalmaq istəyirdi, lakin o, həyat yoldaşı ilə birlikdə daim diqqət mərkəzində olduğu üçün bu qərarı verib. 

“Surroqat analıq şübhəsiz ki, çətin bir qərardır. Amma mənim həyatım indicə o qədər açıq oldu ki…”, - deyə 42 yaşlı ulduz bildirib. 
Paris müsahibəsində qarnında körpə gəzdirmək, təpikləri hiss etmək və bütün bu həyəcanlı anları çox istədiyini dilə gətirib. 

Parisin əri Karter Reum da məşhur şəxs olduğuna görə uşaqların təhlükəsizliyindən narahat olduğunu bildirib. 

Qeyd edək ki, ötən həftə Paris Hilton sosial şəbəkə hesabında London adlı bir qız övladının dünyaya gəldiyini elan edib. Bu ilin əvvəlində onun əri Karter Reum ilə Feniks adlı oğlu doğulub. Cütlüyün hər iki övladı surroqat anadan dünyaya gəlib və bu qərarına görə Paris Hilton sosial şəbəkədə tənqidlə üzləşib. İzləyicilər Parisi “O sadəcə uşaqları pulla alır” günahlandırıblar.




Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO