Mina Hüseyn nişanını qaytardığını AÇIQLADI – VİDEO 

Hazırda oxunan: Mina Hüseyn nişanını qaytardığını AÇIQLADI – VİDEO 

166502

“Boşanandan sonra nişanlanmışdım. Amma nişanı qaytardım”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn qonaq olduğu “İncə səhər” verilişində deyib. 

Sənətçi bildirib ki, nişanı qaytarmasının səbəbi nişanlandığı şəxsin keçmiş həyat yoldaşı ilə eyni xasiyyətdə olması və ona eyni qadağalar qoyması olub: 

“Nişanı qaytarmağımın səbəbi həmin şəxsin mənim xasiyyətimə uyğun olmaması idi. İkinci dəfə uğursuz ailə həyatını təkrarlamamaq üçün nişanı qaytardım. Çünki nişanlandığım şəxs mənə qadağalar, evə bağlamalar və sairə hərəkətlər edirdi. Enerji olaraq bu cür insanlar gəlib məni tapır. Ona görə nişanı qaytardım. Nişanlandığım şəxs keçmiş həyat yoldaşım xasiyyətdə idi. İnsan bir dəfə boşana bilər. Amma ikinci dəfə eyni hadisələrə görə boşanırsa, bu, artıq problemdir. Ona görə risk etmədim”. 

Qeyd edək ki, M.Hüseyn S.Həsənovla ötən ilin mart ayında gizli şəkildə ailə qurub. Daha sonra sənətçi ərindən ayrıldığını və boşandığını açıqlamışdı.

Onun sözlərinə görə, buna səbəb həyat yoldaşının onu aldadaraq özünü varlı şəxs kimi təqdim etməsi, eyni zamanda ona qoyduğu qadağalar olub. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO