Paparasilər görünüşü ilə gündəm olan Adriana Limanın yalanını ÜZƏ ÇIXARDILAR - FOTO 

Hazırda oxunan: Paparasilər görünüşü ilə gündəm olan Adriana Limanın yalanını ÜZƏ ÇIXARDILAR - FOTO 

164926

Məşhur Braziliyalı model Adriana Limanın görünüşündə etdirdiyi dəyişikliklər dünya mətbuatın gündəmindən düşmür.  

Bizim.Media “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, 42 yaşlı podium ulduzu makiyajsız halda gəzintidə olarkən paparasilərin obyektivinə tuş gəlib.   

Limanın fotoları sosial şəbəkələrdə paylaşıldıqdan sonra hamı bir ağızdan modelin çox saylı estetik prosedurlar və plastik əməliyyat keçirdiyini yazıblar.   

Onlar məhz bu səbəbdən Adriananın üzünün tanınmaz hala düşdüyünü iddia ediblər.

Nəşrə müsahibə verən bir sıra məşhur plastik cərrahlar bildiriblər ki, Lima dolğu, qaş qaldırma, botoks, üzə piyin nəqli və “tülkü” göz qaldırma əməliyyatlarını keçirib.   

Sevgilisi Andre Lemmers və iti ilə gəzintiyə çıxan Adriana qara kapüşon, “lasin” və qara idman ayaqqabısı geyinib. Modelin üzünün şişkin olması da diqqətdən yayınmayıb.   

Qeyd edək ki, pərəstişkarları Adriananın Los-Ancelesdə “Aclıq oyunları:

Nəğmə quşları və ilanların balladası” filminin premyerasında görünəndən sonra supermodelin plastik əməliyyat keçirməsi və tanınmaz hala düşməsi barədə danışmağa başlayıblar. Adriana isə qalmaqallı məsələyə aydınlıq gətirmək üçün makiyajsız halda sosial şəbəkə hesabında fotosunu paylaşaraq “Üç yeniyetmənin yorğun anasının, yeriməyi öyrənən bir yaşlı aktiv oğlanın və üç itin sifəti belə görünür... Narahatlığınız üçün təşəkkür edirik!” sözlərini yazıb.  

Görünür, Adriana Lima, bir neçə plastik əməliyyat keçirməsi ilə bağlı şayiələri belə təkzib etmək istəyib.  








Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO