Aparıcı Aytən Səfərova açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, Aytən aparıcısı olduğu "Xəbər ertəsi" verilişdə ailə içi münaqişələrdən söz açıb.
Erkən nikahları pisləyən televiziya ulduzu kişilərin həyat yoldaşlarını evə kilidləyərək özlərinin başqa qadınlarla əyləndiyini vurğulayıb:
"Erkən nikahların sayı artmaqdadır. Gözünü açmamış uşaqları evləndirirlər. Sonra söz-söhbət olur. Bəzən kişilər düşünür ki, “arvaddır da evdə qalıb da... Onsuzda onu almışam evdədir də…” Çox təəssüf belə düşünən kişilər də var. Onlar kişi cinsindən olan məxluqlardır. Biri o tərəfdən çıxır, digərinin sədası masaj, sauna salonlarından gəlir. Sonra nə olur? Hansı qadın bunlara göz yumar?"
Rəşad Əliyev, Bizim.Media