Kirkorov nümunəvi addımı ilə izləyənləri KÖVRƏLTDİ - FOTO/VİDEO 

Kirkorov nümunəvi addımı ilə izləyənləri KÖVRƏLTDİ - FOTO/VİDEO 

Hazırda oxunan: Kirkorov nümunəvi addımı ilə izləyənləri KÖVRƏLTDİ - FOTO/VİDEO 

154183

Rusiyanın Xalq artisti Filipp Kirkorov nümunəvi addımı ilə gündəmə gəlib.  

Bizim.Media xəbər verir ki, sənətçinin “Русское Радио”nun (Rus Radiosu) ad günü şənliyində çıxışından sonra, dayanacaqda  10 yaşlı yeniyetmə oğlan ona yaxınlaşıb.  

Xokkey forması üçün pul yığdığını söyləyən oğlan bunun üçün vaxtaşırı küçədə maşın yuduğunu bildirib.  
Musiqiçini görən oğlan Fillipə söyləyib ki, forma üçün 40 min rubl (təxminən 692 manat) qazanıb, amma xəyalı üçün daha 20 min rubl (təxminən 346 manat) çatmır.   

Bunları eşidən rus pop kralı tərəddüd etmədən çantasından əskik məbləği və üstündən 5000 rubl  (təxminən 86 manat) çıxarıb, yeniyetmə oğlana verib.   

Kirkorov baş verən hadisəni belə şərh edib:  

““Allaha şükür etməliyik”. Təsadüf. O qarşıma çıxdı, burada işləyir. Bəlkə o gələcək “Milli Xokkey Liqası”nın ulduzudur, kim bilir? Və sonra o, böyüyəndə Olimpiya çempionu, Oveçkin kimi dünya lideri olanda xatırlayacaq ki, həyatında bir dəfə belə kiçik bir epizod olub. Bəlkə mən artıq dünyada olmayacağam, amma o bunu xatırlayacaq. Hər halda, bu anı xatırlayacağam, sevinc və xoşbəxtlikdən sonsuza qədər ağlayacağam”.  
 



Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO