Azərbaycanlı bloqerdən izləyicisinə 30 milyonluq HƏDİYYƏ - VİDEO

Azərbaycanlı bloqerdən izləyicisinə 30 milyonluq HƏDİYYƏ - VİDEO

Hazırda oxunan: Azərbaycanlı bloqerdən izləyicisinə 30 milyonluq HƏDİYYƏ - VİDEO

123617

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənov daha bir ilkə imza atıb.

Bizim.Media xəbər verir ki, bloqer 23,8 milyon “Instagram” hesabında izləyiciləri ilə arasında növbəti yarış marafonuna start verib. 

Hüseyn bildirib ki, yarışda qalib gələn bir izləyicisinə qiyməti 30 milyon rubl (təxminən 675 min manat) olan qırmızı rəngdə, lüks “Lamborghini Urus” avtomobilini hədiyyə verəcək.  

Bunun üçün isə Həsənovun “Instagram”səhifəsi və onun izlədiyi 10 dostuna abunə olmaq lazımdır. Yeddi gündən sonra qalibin adı açıqlanaq və sözügedən nəqliyyat vasitəsi ona hədiyyə olunacaq.
Bununla yanaşı yarışma marafonu çərçivəsində Hüseyn daha 10 qalib seçəcək və onların hərəsinə bir ədəd qızılı rəngdə “İphone 14 Pro” markalı telefon hədiyyə verəcək. İndiyə kimi keçirdiyi ən bahalı yarışmanın da şəffaf və dürüst olacağına söz verib.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO