Azərbaycanlı bloqer izləyicisinə 30 milyonluq HƏDİYYƏ VERƏCƏK – FOTO

Azərbaycanlı bloqer izləyicisinə 30 milyonluq HƏDİYYƏ VERƏCƏK – FOTO

Hazırda oxunan: Azərbaycanlı bloqer izləyicisinə 30 milyonluq HƏDİYYƏ VERƏCƏK – FOTO

122731

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənov Moskvaya qayıdan kimi tezliklə “Instagram” sosial şəbəkə platformasında izləyiciləri arasında keçirəcəyi yarışmanın bəzi detallarını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bloqer sosial şəbəkə hesabında yarışmada qalib gələcəyi izləyicisinə 30 milyon rubl (təxminən 672 milyon manat) dəyərində hədiyyə verəcək. 

Hüseyn bildirib ki, heç kim indiyə kimi izləyicisinə sosial şəbəkədə bu məbləğdə hədiyyə verməyib. 
Diqqət çəkən məqam isə Həsənovun bir neçə həftə əvvəl Dubaydan 1 milyon 233 min manata aldığı “Rolls-Royce Ghost" markalı lüks nəqliyyat vasitəsinin fotosunu yayımlayaraq “Sizlərdən biri təxminən 30 milyon rubldan çox pula sahiblənərək, zəngin olacaq” sözlərini yazması olub. Belə ki, bloqerin izləyiciləri sözügedən avtomobili yarışda qalib gələnə hədiyyə verəcəyini zənn ediblər. 

Lakin H.Həsənov bununla bağlı heç bir şərh verməyib. 

Qeyd edək ki, Hüseyn Həsənov illər ərzində “Instagram” sosial şəbəkə platformasında izləyicilər arasında keçirdiyi yarışda qaliblərə “Bentley”, “Mercedes Benz Galenwagen”, “Hammer”,” Ferrari California” və “Lamborghini Gallardo” markalı lüks avtomobil hədiyyə verib. 












Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO