Xalq artisti Manafın avtomobil hədiyyəsini QƏBUL ETMƏDİ - VİDEO

Xalq artisti Manafın avtomobil hədiyyəsini QƏBUL ETMƏDİ - VİDEO

Hazırda oxunan: Xalq artisti Manafın avtomobil hədiyyəsini QƏBUL ETMƏDİ - VİDEO
115051
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müğənni Manaf Ağayev Xalq artisti Fatma Mahmudovaya gözlənilməz sürpriz edib. 

Bizim.Media xəbər verir ki, Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Günaydın, Azərbaycan!” səhər şousunda  qucağında tutduğu qutudan avtomobilin açarlarını çıxardaraq, aktrisaya uzadıb. 

Avtomobilin açarlarını görən Mahmudova təəccübünü gizlədə bilməyib. Əməkdar artist müğənniyə təşəkkürünü bildirsə də, lakin hədiyyəni qəbul etməyib. 

“Kişi adamsan! Sənin bu mərdliyin, kişiliyin, insanlığın mənə çoxdan bəlli idi. Bir daha bəlli oldu. Allah hər kəsin malını özünə qismət eləsin. Elə bir insanam ki, dünya malında gözüm yoxdur. Manaf kimi ürəkli olun, amma yox, götürmürəm. O açarı mənə verməklə, elə bilirəm ki, 100 maşın bağışladı. Allah ürəyinə görə versin. Maşının özünə qismət olsun!”, - deyə Fatma Mahmudova bildirib. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO