Bu da aktyor Corc Qafarovun SEVGİLİSİ - VİDEO 

Bu da aktyor Corc Qafarovun SEVGİLİSİ - VİDEO 

Hazırda oxunan: Bu da aktyor Corc Qafarovun SEVGİLİSİ - VİDEO 
113737
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Həyatdır, insanam... Həyatıma bir qız gəlib, gedə bilər. Kimsə məni, mən də kimisə tanıyıram. Bu isə normaldır. Corc sevmək istəyir. Sevgim pak və təmizdir. Sevməyi də bacarıram”. 

Bizim.Media xəbər verir ki, bu sözləri gənc aktyor Corc Qafarov “Maqazin plyus” verilişinə müsahibəsində deyib. 

Sənətçi bildirib ki, bəzi şou nümayəndələrindən fərqli olaraq, o, şəxsi həyatını gizli saxlamağa üstünlük verir: 

“Təcrübəmə görə, əgər sevgilin haqda tamaşaçıya nələrsə danışanda sonu yaxşı olmur. Ona görə münasibətlər onlardan gizli qalsa daha yaxşıdır. İnsanlar indiyə kimi haqqımda hər şey danışıb. Bundan sonra da nələrsə deyəcəklər. Danışacaqlarına da narazılıçığım yoxdur. Desinlər, belə də davam etsinlər. Sevgilimi, onunla olan münasibətlərimi gizlədəcəyəmsə, gizlədəcəyəm”. 

Müxbirin “Gördüyümüz bu xanım sevgilinizdir?” sualına C.Qafarov gülərək “Hər nə...” qısa cavabını verib.

O ki qaldı Corc Qafarovun ailə qurmasına, aktyor yalnız 33 yaşdan sonra evlənəcəyini dilə gətirib: 

“İndi ailə həyatı qurmağı düşünmürəm. Zamanı gələndə evlənəcəyəm. Yəqin ki, bunu hamı görəcək. Hələki bu yaşımda ailə qurmaq tezdir. Düşünürəm ki, ailə qurmamışdan əvvəl sənətimdə deyiləcək sözlərim, görüləcək işlərim çoxdur. Onları da tamaşaçılara göstərməliyəm. 33 yaşdan sonra ailə quracağam. Buna isə hələ çox var”. 

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO