Tanınmış aktyorlar Cavidan Novruzovun PAXIRINI AÇDILAR: “Dalaşır, sonra isə...” – VİDEO

Tanınmış aktyorlar Cavidan Novruzovun PAXIRINI AÇDILAR: “Dalaşır, sonra isə...” – VİDEO

Hazırda oxunan: Tanınmış aktyorlar Cavidan Novruzovun PAXIRINI AÇDILAR: “Dalaşır, sonra isə...” – VİDEO
113333
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aktyorlar Həsrət Həsrətov və Müşfiq Şahverdiyev həmkarları Cavidan Novruzovun canlı efirdə paxırını açıblar.

Bizim.Media xəbər verir ki, bu haqda sənətçilər “Səhər Mərkəzi” verilişində söz açıblar. 

Verilişin aparıcısı Afaq Gəncəli “Bizdə olan məlumata görə sizin Cavidan Novruzovla aranız “soyuyub”. Hətta bir-birinizi “Instagram”da izləmədən çıxartmısınız?”, - deyə Həsrətə sual ünvanlayıb. 

Həsrətov “Cavidanı “Instagram”da izləyirəm. Cavidanı izləməyəndə, zəng vurur danlayır. Döyür adamı. Mən də Cavidan Novruzdan qorxuram” sözləri ilə Gəncəliyə cavab verib. 

Həmin söhbətə Müşfiq müdaxilə edərək, Cavidanın həddən artıq əsəbi olduğunu bildirib: 

“Əgər kiminsə Cavidanla arasında mübahisə yaranırsa, “Mən səhvəm. Bitdi!” deyir, yarım saatdan sonra isə 7 dəqiqə 28 saniyəlik “What’sapp”a səsli mesaj atır. Münaqişədən sonra Cavidan avtomobilə əyləşir, bilmirəm özünü orada döyür, harasa yumruq atır, neynir... Ondan sonra səslə təklikdə sənə fikrini yazır”. 

Bu anda Həsrət isə Cavidanla olan mübahisəsini yada salıb: 

“Cavidan çox əsəbi insandır. Hər şey ona toxunur. İncə qəlblidir. Bir gün necə oldusa onunla aramda mübahisə, gərginlik yarandı. Müşfiq demişkən, 12 dəqiqəlik “What’sapp”a səsli mesaj atmışdı. Bu səsli mesajın 12 dəqiqə olmağını haradan bildim. “Xəzər” televiziyasından çıxdım, getdim yaşadığım “Səkkizinci kilometrə”. Evə gedənə kimi avtomobildə musiqiyə deyil, Cavidanın atdığı səsə qulaq asdım. Yolda saxladım, gedib marketdən çay, çörək aldım. Qayıtdım gəldim avtomobilə əyləşdim, Cavidan hələ də danışırdı. Onun səsli mesajda son sözü isə belə oldu - “Qardaş, olur da...”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO