Hüsniyyə televiziyadan NİYƏ UZAQLAŞIB? - VİDEO 

Hüsniyyə televiziyadan NİYƏ UZAQLAŞIB? - VİDEO 

Hazırda oxunan: Hüsniyyə televiziyadan NİYƏ UZAQLAŞIB? - VİDEO 

105099

Uzun zamandır efirlərdə gözə dəyməyən aparıcı Hüsniyə Məhərrəmova televiziyaya qayıtmaq istəmədiyini açıqlayıb.  

Bizim.Media xəbər verir ki, televiziya ulduzu bu barədə “MTV xəbər”-ə müsahibəsində deyib.  

“İki il yarımdır efirdən uzaqlaşmışam. Televiziyasız çox xoşbəxtəm. Geri qayıtmaq fikrində deyiləm. Mənim mənəvi və maddi imkanlarımı ödəyəcək kanal yoxdur”, - deyə, H.Məhərrəmova bildirib.  

Qeyd edək ki, H.Məhərrəmova uzun illər İctimai televiziyada çalışıb. O,  2012-ci ildə keçirilən Avroviziya Mahnı Müsabiqəsində təşkilat komitəsinin üzvü, koordinatoru, eyni zamanda nümayəndə heyətinin sədri olub.  
2016-2019-сu illərdə isə Hüsniyyə ATV-də yayımlanan "V element" verilişinin aparıcı kimi çalışıb. Onun televiziyada son fəalliyyəti isə 2019-2020-ci illərə təsadüf edib. Məhərrəmova AzTV-də "1azTV" gecə şousunun aparıcısı olub.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO