Nahidə Orucova: “Hansı qadın istəməz ki, başını kiminsə çiyninə qoysun?” – VİDEO  

Nahidə Orucova: “Hansı qadın istəməz ki, başını kiminsə çiyninə qoysun?” – VİDEO  

Hazırda oxunan: Nahidə Orucova: “Hansı qadın istəməz ki, başını kiminsə çiyninə qoysun?” – VİDEO  

103961

“Həmişə Rafael Dadaşovu, Rasim Balayevi sevdiyimi deyəndə buna başqa cür başlıq qoyurdular ki, “Nahidə Orucovanın Rasim Balayeva, Rafael Dadaşova sevgisi”. Mən onları bir obraz, aktyor kimi sevirdim. Məsələn, Rasim Balayevi Nəsimi, Babək kimi, Rafael Dadaşovu başqa bir obrazı ilə sevirdim. Nə yaxşı ki, onlarla tərəf müqabili də olmuşam”.  

Bizim.Media xəbər verir ki, bu sözləri “MTV Maqazin” verilişinə müsahibəsində Əməkdar artist Nahidə Orucova deyib.   

Ailəsini sənətə qurban verdiyini bildirən aktrisa bu addımına görə peşmançılıq çəkdiyini söyləyib:    

“İki qoçun başı bir qazanda qaynamaz. Səhnə adamı ilə evləndim. Amma bir-birimizi anlamadıq. Fikirləşirdim ki, düşüncəmiz, iş yerimiz birdir. O da sənət nümayəndəsidir. Amma belə olmadı. Ailə qurduğum insan teatrdan getdi, məni da uzaqlaşdırmaq istədi. Lakin sənət artıq qanımda idi, ata bilmədim. Bunu qəbul etmişəm ki, təkəm. Çünki sevdiyim teatrdır. İndi fikirləşirəm ki, gərək ailəmi buraxmazdım. Sənətdə də olardım, ailəmi də atmazdım.

Məsələn, bir çox sənətkarın gözəl ailəsi var. Haradasa sənətlə ailə tutmur. Çox təəssüf ki, gənclərimiz sənətə görə ailəsini dağıdır. Bir insan sənət nümayəndəsi ilə ailə qurubsa, bunu qəbul etməlidir. Hansı qadın istəməz ki, başını kiminsə çiyninə qoysun, məsləhət verəni, arxası-dayağı, dağı olsun. Hansı qadın istəməz? Mən də istərdim”.  
Qeyd edək ki, Əməkdar artist Nahidə Orucovanın Bilqeyis adında bir qızı var. O, Xalq artisti Fidan Qasımovanın oğlu Fəridlə ailə qurub. Aktrisanın qızı 12 yaşından atası ilə yaşayır.  

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO