Hesablama Palatasının xərcləri gəlirlərini üstələdi

Hesablama Palatasının xərcləri gəlirlərini üstələdi

Hazırda oxunan: Hesablama Palatasının xərcləri gəlirlərini üstələdi
70713
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hesablama Palatası 2021-ci ili 22 min manat zərərlə başa vurub. Halbuki, qurum 2021-ci ildən 71 min manat mənfəətlə çıxmışdı.

Bizim.Media xəbər verir ki, ötən il Hesablama Palatası 7,456 milyon manat (əvvəlki illə müqayisədə 0,2% çox) gəlir əldə edib ki, bunun da 7,45 milyon manatı (1,5% çox) qeyri-birja əməliyyatlarından, 6 min manatı (15,8 dəfə az) isə sair əməliyyatlardan əldə olunub.

Hesabat dövründə Hesablama Palatasının xərcləri isə 7,478 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 1,5 % çoxdur.

O cümlədən qurumun sərf etdiyi materialların dəyəri 68,6% artaraq 59 min manat, əmək haqqı və işçilərinə çəkdiyi digər xərclər cüzi artaraq 6,81 milyon manat, amortizasiya xərcləri 21,1% artaraq 253 min manat, sair əməliyyat xərcləri isə 13,7% artaraq 357 min manat olub.

Bu il yanvarın 1-nə Hesablama Palatasının aktivləri 5,703 milyon manat olub ki, bu da illik müqayisədə 0,4 % azdır.

Hesabat dövründə qurumun öhdəlikləri 5,5% artaraq 15 min manata çatıb, balans kapitalı (xalis aktivləri) isə 0,4% azalaraq 5,688 milyon manata düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO