Azərbaycanla Türkiyənin birgə turizm təlim layihəsi start götürdü – FOTO

Azərbaycanla Türkiyənin birgə turizm təlim layihəsi start götürdü – FOTO

Hazırda oxunan: Azərbaycanla Türkiyənin birgə turizm təlim layihəsi start götürdü – FOTO
64713
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Türkiyənin Antalya şəhərində Dövlət Turizm Agentliyi ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) əməkdaşlığı çərçivəsində təşkil olunan turizm üzrə təlim proqramına start verilib.

Bu barədə Bizim.Media-ya Agentlikdən bildirilib.

Məlumata görə, martın 25-nə qədər davam edəcək “Hotel və səyahət xidmətləri sahəsi – yemək və içki sahəsində təlimçilər üçün təlim” praktiki proqramında turizm təhsili və peşə təlimi üzrə çalışan və tədris edən təlimçi və mütəxəssislər iştirak edir.

I mərhələsi “Turizm təlimində müasir yanaşmalar” nəzəri proqramı ilə 21-25 fevral 2022-ci il tarixlərində Bakıda keçirilən layihənin Antalyada davam edən praktiki hissəsini Türkiyənin Millli Təhsil Nazirliyinin Antalya Falez Peşə və Texniki Anadolu liseyi təşkil edib.

İlk mərhələyə qatılan 35 iştirakçı arasından təlimi uğurla başa vuran 14 nəfər layihənin II praktiki mərhələsinə cəlb olunub.

Layihənin əsas məqsədi turizm təhsili sahəsində fəaliyyət göstərən mütəxəssislərin təkmilləşdirilməsi, onların yeni təcrübə və biliklər əldə etməsinə dəstək göstərilməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO