Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanacaq – RƏSMİ  

Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanacaq – RƏSMİ  

Hazırda oxunan: Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanacaq – RƏSMİ  
0:00
0:00
59723
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycanda yeni Vergi Məcəlləsinin hazırlanması müzakirə olunan aktual məsələdir”. 

Bizim.Media xəbər verir ki, bunu “report”a müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib. 

Onun sözlərinə görə, beynəlxalq tələblər yeni məcəllənin hazırlanmasını zəruri edir: 

“Burada əsas məqsəd ondan ibarətdir ki, artıq illər ərzində iqtisadiyyatın strukturu dəyişdikcə, innovasiyaların tətbiqi artdıqca, beynəlxalq tendensiyalarda hər il ümumi qəbul edilmiş tənzimləmələrə uyğunlaşma tələb olunduqca, ölkədən transmilli şirkətlər tərəfindən pul vəsaitlərinin çıxarılmasının qarşısının alınması ilə bağlı beynəlxalq modellər təklilləşdirildikcə, onların qanunlara gətirilməsi tövsiyyə olunur. 

Razıyam ki, bu tip dəyişikliklərin olunması kimi obyektiv məsələləri nəzərə almaqla qanuna çoxsaylı dəyişikliklər olub və bəzən bu səbəbdən sahibkarlara vergi qanunvericiliyi kifayət qədər mürəkkəb gələ bilir. Bu mürəkkəbliyin daha sadə struktura çevrilməsi, daha anlaşılan olması üçün yeni Vergi Məcəlləsinin hazırlanması gündəlikdə olan məsələlərdəndir.

Biz sahibkarlardan indiyə qədər aldığımız təklif və tövsiyələrini nəzərə alaraq yeni Vergi Məcəlləsinin hazırlanmasını planlaşdırırıq”. 

Qeyd edək ki, Vergi Məcəlləsi 2001-ci ildən qüvvədədir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO