Vətəndaşların istəklərinə uyğun mənzillər alına bilər - İpoteka Fondu

Vətəndaşların istəklərinə uyğun mənzillər alına bilər - İpoteka Fondu

Hazırda oxunan: Vətəndaşların istəklərinə uyğun mənzillər alına bilər - İpoteka Fondu
0:00
0:00
50962
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hazırda mənzil fondunda lazımi qədər mənzil mövcuddur və əlavə tələbat yaranarsa, vətəndaşların istəkləri nəzərə alınmaqla yeni mənzillər alına bilər.

Bizim.Media xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondundan Trend-ə məlumat verilib.

Bildirilib ki, bu günədək kirayə mənzil mexanizmi çərçivəsində 1242 mənzil vətəndaşlara təhvil verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu il 5 mindən çox şəxsə ipoteka krediti verildi


"Fond tərəfindən vətəndaşlarla müxtəlif kommunikasiya vasitələri ilə mütəmadi sorğular (1549 Çağrı mərkəzinə edilən zənglər, ASAN Xidmət mərkəzlərində vətəndaşlarla keçirilən görüşlər) həyata keçirilir və həmin sorğular təhlil olunaraq, vətəndaşların yaşayış sahələrinə dair istək və tələbləri öyrənilir.

Bu sorğular nəzərə alınmaqla Fond tərəfindən hazırda artıq 8 fərqli ünvanda Bakı şəhərində (Xətai ray – Gəncə pr, Lütfi Zadə küçəsi, Nizami ray – M.Abbasov küçəsi), Sumqayıt şəhərində (Sülh və Bulvar küçələri) və Abşeron rayonunda vətəndaşlara mənzillər təklif olunmaqdadır" - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO