Azərbaycan bu ölkələrdən idxala QADAĞA QOYDU

Azərbaycan bu ölkələrdən idxala QADAĞA QOYDU

Hazırda oxunan: Azərbaycan bu ölkələrdən idxala QADAĞA QOYDU

43708

Namibiya Respublikasının Zambezi regionunda dabaq xəstəliyi, Estoniya Respublikasının Tartumaa inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Namibiyanın Zambezi regionundan diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, o cümlədən transit daşınmasına, EstoniyanınTartumaa inzibati ərazi vahidindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Namibiyadan və Estoniyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO