Moderator.az Avropa.info-ya istinadən xəbər verir ki, baş nazirin qərarına əsasən büdcədən maliyyələşdirilən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə bu qərarın 1-2-ci, 5-6-cı və 8-16-cı əlavələrinə əsasən müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat, 3-4-cü və 7-ci əlavələrinə əsasən isə müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 76 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 36 manat məbləğində əlavələr ödəniləcək.
Qərar 2013-cü il sentyabrın 1-dən qüvvəyə minib.



































































































