Türkdilli ölkələrin qadın rəssamları Xankəndidə BİR ARADA - FOTO

Türkdilli ölkələrin qadın rəssamları Xankəndidə BİR ARADA - FOTO

Hazırda oxunan: Türkdilli ölkələrin qadın rəssamları Xankəndidə BİR ARADA - FOTO

637702

Xankəndidə Şəhər Günü münasibətilə türkdilli ölkələrin qadın rəssamlarının iştirakı ilə incəsənət simpoziumu və sərgi keçirilib.

Bizim.Media xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşəbbüsü ilə təşkil olunan "Türk Dünyası Qadın Rəssamları Sərgisi" türk dünyasının müxtəlif ölkələrindən olan istedadlı qadın rəssamları bir araya gətirib.

Xankəndi, şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev, Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev və digər şəxslər iştirak ediblər.

Qonaqlar əvvəlcə sərgidə nümayiş etdirilən rəsm əsərləri ilə tanış olublar.

Əsərlərdə Qarabağın təbiəti, tarixi-mədəni irsi, şəhər və yaşayış məntəqələrinin siması, eləcə də bölgədə aparılan bərpa- quruculuq işləri əks olunub.Simpozium çərçivəsində türk dünyasının qadın rəssamları, 5 gün ərzində bölgənin zəngin tarixi, mədəniyyəti, təbiəti və müasir inkişafı ilə yaxından tanış olub, təəssüratları öz əsərlərində əks etdiriblər.
 

Sərgidə nümayiş olunan hər bir əsər, rəssamların Qarabağ təəssüratlarının kətan üzərindəki bədii ifadəsi kimi diqqət çəkib. Əsərlərdə bölgənin füsunkar təbiəti, tarixi-mədəni irsi və yenidən canlanan həyatının müxtəlif çalarları öz əksini tapıb.


Tədbirin məqsədi türk dünyasının qadın rəssamlarını vahid sənət platformasında bir araya gətirmək, ölkələr arasında mədəni əlaqələri və yaradıcı əməkdaşlığı gücləndirmək, təsviri sənət sahəsində təcrübə və fikir mübadiləsinə imkan yaratmaqdır.

Sərgi Xankəndi Mədəniyyət Mərkəzində təşkil olunub. Tədbirin davamında qonaqlar Lənkəran Dövlət Dram Teatrının truppasının təqdim etdiyi müxtəlif səhnə əsərlərini izləyiblər.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO