Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

Hazırda oxunan: Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

637607

12–19 sentyabr tarixlərində Moskva və Moskva vilayəti istiqamətində 2022 Ukrayna pilotsuz uçuş aparatı (PUA) hərəkət edib. 

Bizim.Media "Kommersant”a istinadla xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə (HHM) qüvvələri PUA-ların böyük hissəsini paytaxt regionuna hələ uzaq məsafələrdən yaxınlaşarkən vurub.

Daha 186 PUA isə birbaşa Moskvaya yaxınlaşan zaman məhv edilib.

Nazirliyin məlumatına görə, pilotsuz aparatlar Leninqrad, Novqorod, Bryansk, Kursk, Belqorod, Oryol, Kaluqa, Tula, Ryazan, Lipetsk, Vladimir və Rostov vilayətləri, Krasnodar diyarı, Moskva regionu, Yamalo-Nenets Muxtar Dairəsi, Dağıstan, həmçinin Qara dəniz akvatoriyası üzərində vurulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO