Azərbaycana avtomobil idxalı azalıb - Səbəb nədir? - VİDEO

Azərbaycana avtomobil idxalı azalıb - Səbəb nədir? - VİDEO

Hazırda oxunan: Azərbaycana avtomobil idxalı azalıb - Səbəb nədir? - VİDEO
222210
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu il ölkəyə idxal edilən avtomobillərin sayı nisbətən azalıb.

Belə ki, bu ilin ilk 10 ayında Azərbaycana 75 minə yaxın avtomobil idxal edilib. 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 8 % və ya 6483 ədəd azalıb, dəyəri isə 8 % və ya 110.4 milyon dollar artıb.

Bizim.Media xəbər verir ki, avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov deyir ki, idxalın azalmasının, gətirilən avtomobilin dəyərinin artmasının bir neçə səbəbi var. Əsas səbəb nisbətən ili təzə avtomobillərin ölkəyə gətirilməsi, istehsal ili köhnə olan avtomobillərin idxalına tətbiq edilən məhdudiyyətdir.

Bu ilin yanvar-oktyabr aylarında idxal olunan elektrik mühərrikli avtomobillərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 167 ədəd artaraq 2592 ədəd təşkil edib. Bu avtomobillərin alışı zamanı kredit güzəştlərinin olması sayın artmasının əsas səbəblərindəndir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO