Gürcüstan 6 ayda turizmdən 1,9 milyard dollar QAZANIB

Gürcüstan 6 ayda turizmdən 1,9 milyard dollar QAZANIB

Hazırda oxunan: Gürcüstan 6 ayda turizmdən 1,9 milyard dollar QAZANIB
204987
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanın beynəlxalq turizmdən əldə etdiyi gəlir ilin birinci yarısında 1,9 milyard dollar təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyası məlumat yayıb.
 

Bildirilib ki, ən böyük artım Aİ ölkələrindən və Böyük Britaniyadan gələn turistlərin gəlirləri hesabına olub: onların payı 246 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur.


Gürcüstan Milli Bankına görə, ölkələr üzrə gəlirlər aşağıdakı kimidir: Rusiya – 380,1 dollar; Türkiyə – 287 milyon dollar; Aİ ölkələri və Böyük Britaniya – 246,3 milyon dollar; İsrail – 175,4 milyon dollar; Azərbaycan – 78,5 milyon dollar; Ukrayna – 69 milyon dollar; İran – 64,2 milyon dollar; Ermənistan – 64,1 milyon dollar; Belarus – 39 milyon dollar; Səudiyyə Ərəbistanı – 32,6 milyon dollar; digər ölkələr – 462 milyon dollar.

Statistikaya görə, 2024-cü ilin birinci yarısında əcnəbilər Gürcüstana 3 milyondan çox səfər edib (illik artım 5,6 %) və bunların ən çoxu ilin birinci yarısında qonşu ölkələrdən – Türkiyə, Rusiya və Ermənistandan qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO