
- A-
- A
- A+
İqtisadiyyat
11:47 / 12.03.2024
1 dəq oxunma
Sosial ödənişlər üçün 1 milyard 456 milyon manat ödənilib
Hazırda oxunan: Sosial ödənişlər üçün 1 milyard 456 milyon manat ödənilib
182194
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Sosial ödənişlər üzrə ayrılan vəsaitlərin həcmində artım dinamikası bu il də artmaqda davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, 2024-cü ilin yanvar-fevral aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 1 milyard 456 milyon manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 156,8 milyon manat və ya 12,1 faiz çoxdur.
Qeyd edək ki, sosial ödənişlərin artırılması istiqamətində növbəti addım olaraq cari ilin əvvəlindən bütün pensiyaların ötən il üzrə orta aylıq əməkhaqqı artımına uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılması təmin edilib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































