Azərbaycanda minik avtomobili istehsalı 2 dəfə artıb

Azərbaycanda minik avtomobili istehsalı 2 dəfə artıb

Hazırda oxunan: Azərbaycanda minik avtomobili istehsalı 2 dəfə artıb
178281
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar ayında Azərbaycanda 406 ədəd və ya 2023-cü ilin müvafiq ayı ilə müqayisədə 211 ədəd və yaxud 2,1 dəfə çox minik avtomobili istehsal olunub.

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Fevralın 1-nə ölkədə 266 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Ümumilikdə ölkədə 50,8 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 2023-cü ilin yanvar ayı ilə müqayisədə maşın və avadanlıqların istehsalı eyni səviyyədə qalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 54,1 % artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 66,5 % azalıb.
Ötən ay Azərbaycanda 49 ədəd traktor istehsal edilib. Bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 51,5 % azalıb. Nəticədə, fevralın 1-nə ölkədə 10 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Həmçinin, bu dövrdə Azərbaycanda 63 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2023-cü ilin yanvar göstəricisi ilə müqayisədə 57,5 % çoxdur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO