"Son 20 ildə turizm sektoru 19 dəfə artıb" – Assosiasiya sədri 

Hazırda oxunan: "Son 20 ildə turizm sektoru 19 dəfə artıb" – Assosiasiya sədri 
172906
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son 20 ildə Azərbaycanda turizm sektoru 19 dəfə artıma nail olub.

Bizim.Media  xəbər verir ki, bunu "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Bakıda keçirilən "Turizm Sənayesi Subyektlərinin Forumu"nda bildirib.

Göydəniz Qəhrəmanov qeyd edib ki, Azərbaycana səyahətin asanlaşdırılması məqsədilə bir sıra inzibati prosedurlar sadələşdirilib, nəqliyyat infrastrukturu təkmilləşdirilib:

“Koronavirus (COVID-19) pandemiyasından sonra bərpa dövrünü nəzərə almasaq, 2003-2019-cu illəri əhatə edən dövr ərzində Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı 3 dəfədən çox, mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı 7,6 dəfə artıb. Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 20 il ərzində sektorun qeyri-neft iqtisadiyyatında payı təxminən 4 dəfə artaraq 0,7 %-dən 3,4 %-ə yüksəlib, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində muzdla çalışanların sayı 6,5 dəfə, bu sahə üzrə cəmi məşğulluq isə 4,1 dəfə artıb" - deyə o əlavə edib. 

Məhərrəm Əliyev,Nicat Niftəliyev,Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO