Füzuli şəhərinə köçürülən ailələrin məşğulluğuna dəstək GÖSTƏRİLİR – FOTO  

Hazırda oxunan: Füzuli şəhərinə köçürülən ailələrin məşğulluğuna dəstək GÖSTƏRİLİR – FOTO  

151747

Böyük Qayıdış proqramı üzrə Füzuli şəhərinə köçürülən sakinlərin də məşğulluğuna dəstək işlərinə başlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Füzuli şəhərinə ilk köçürülən 23 ailə yerləşdikdən sonra onlarla ünvanlarında görüşlər keçirib. 

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, həmin ailələrin üzvlərinin məşğulluq imkanları qiymətləndirilib, onlara aktiv məşğulluq proqramları (özünüməşğulluq proqramı, peşə hazırlığı kursları, işədüzəltmə tədbirləri və s.) barədə məlumatlar verilib.
Qiymətləndirmənin nəticəsinə uyğun olaraq qeyd edilən proqramlar çərçivəsində həmin vətəndaşların məşğulluğuna dəstək işləri aparılır.   

Ümumilikdə isə ilk mərhələdə Füzuli şəhərinə köçürülməsi nəzərdə tutulan  144 ailənin üzvlərinin məşğulluq imkanlarının araşdırılması məqsədi ilə ailələrin hər biri ilə ilkin əlaqələr saxlanılıb. Həmin ailələrin üzvlərinin məşğulluq imkanlarının müəyyənləşdirilməsi istiqamətində söhbətlər aparılıb, onlara aktiv məşğulluq proqramları barədə ətraflı məlumatlar verilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO