Azərbaycanın xarici ticarət balansı 12 milyard dolları ötdü - HESABAT

Hazırda oxunan: Azərbaycanın xarici ticarət balansı 12 milyard dolları ötdü - HESABAT

151735

Cari ilin birinci rübündə Azərbaycanın xarici ticarət balansı 12 milyard 246 milyon 903 min ABŞ dolları dəyərində olub. 

Bizim.Media Mərkəzi Bankın rüblük hesabatına istinadən xəbər verir ki, ötən il isə bu  vəsaitlər 10 milyard 801 milyon 521 min dollar təşkil edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda biznes kreditlərinin həcmi azalıb


Hesablamalardan da görünür ki, bir il ərzində ticarət dövriyyəsində cəmi 1 milyard 445 milyon 382 min dollarlıq və ya 11,80 faizlik artım baş verib. 

I rübdə əldə edilən ümumi gəlirlərin 10 milyard 768 milyon 768 min dolları uzaq xarici dövlətlər, 1 milyard 478 milyon 135 min dolları isə MDB dövlətləri ilə aparılan ticarət əməliyyatlarına daxildir. 

Cari ildəki ticarət dövriyyəsinin 8 milyard 483 milyon 780 min dolları və ya 30, 72 faizi ixracın, yerdə qalan 3 milyard 763 milyon 123 min dolları və ya 69,27 faizi isə idxalın üzərinə düşüb.

Buradan aydın görünür ki, Azərbaycan 2023-cü ildə daxili istehsal hesabına ixrac dövriyyəsini kəskin şəkildə artıra bilib. Bir sözlə, ixrac hesabına ölkəyə daxil olan vəsaitləin həcmi ildən-ilə artır.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO