
- A-
- A
- A+
"Qarabağda nəqliyyat sahəsinə əhəmiyyətli investisiyalar yatırılıb" - RƏSMİ
“İşğaldan azad edilmiş ərazilərə istər yol infrastrukturunun, istərsə də dəmiryolu infrastrukturunun genişlənməsi, şaxələnməsi istiqamətində 2022-ci ildə kifayət qədər əhəmiyyətli investisiyalar yatırılıb”.
Bizim.Media xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Nazir Zəngəzur dəhlizinin Azərbaycan, eləcə də regionun inkişafı üçün prioritet olduğunu bildirib:
“Bu istiqamətdə Horadiz-Ağbənd dəmir yolunu qeyd etmək istərdim. Burada işlərin böyük əksəriyyəti, əhəmiyyətli bir hissəsi 2022-ci ildə başa çatıb. Qarşıdan gələn illər ərzində, yəni 2023-2024-cü illərdə bu layihənin tam şəkildə, yəni ən azından Azərbaycan hissəsinin başa çatdırılmasını planlaşdırırıq”.
Daha ətraflı videosüjetdə tanış ola bilərsiniz:
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































