Qara Qarayev məşqçi ilə olan gərginliyin səbəbini AÇIQLADI - VİDEO

Qara Qarayev məşqçi ilə olan gərginliyin səbəbini AÇIQLADI - VİDEO

Hazırda oxunan: Qara Qarayev məşqçi ilə olan gərginliyin səbəbini AÇIQLADI - VİDEO
95903
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan millisinin futbolçusu Qara Qarayev baş məşqçi Canni De Byazi ilə arasındakı gərginliyin səbəbini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi İctimai Televiziyada yayımlanan "Bol idman" verilişində problemin məşq vaxtı italiyalı mütəxəssisin ona dediyi sözlərdən qaynaqlandığını bildirib. 

"Qarabağ"da çıxış edən təcrübəli oyunçunun sözlərinə görə, 66 yaşlı baş məşqçi ona boyunun balaca olduğunu və həmin mövqedə ucaboy futbolçu oynatmaq istədiyini söyləyib:

"Bu söhbət federasiya rəhbərliyi və mətbuat katibinə yaxın yerdə oldu. İctimai rəyi mənim üstümə yönləndirməyini heç vaxt qəbul etməmişəm. De Byazinin dediyi kimi, özüm bilirəm. Hətta çox şeyi bilirəm. Sadəcə, bilmirəm ki, bunlar kimin daha çox ziyanına və ya xeyrinə işləyəcək". 
Qeyd edək ki, Canni De Byazi Qara Qarayevi Millətlər Liqasının qrup mərhələsində Slovakiya və Qazaxıstanla oyunlara dəvət etməyib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO