“Qarabağ”ın futbolçusu Avropa Liqasının siyahısında ilk beşlikdə - FOTO

“Qarabağ”ın futbolçusu Avropa Liqasının siyahısında ilk beşlikdə - FOTO

Hazırda oxunan: “Qarabağ”ın futbolçusu Avropa Liqasının siyahısında ilk beşlikdə - FOTO
95286
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarında ən çox top uzaqlaşdıran futbolçuların siyahısında yer alıb.

Bizim.Media xəbər verir ki, bu barədə yarışın rəsmi Facebook səhifəsi paylaşım edib.

“Köhlən atlar”ın 25 yaşlı müdafiəçisi 2 oyunda 8 dəfə buna müvəffəq olub. O, bu göstəriciyə görə 3-5-ci yerləri bölüşdürür.

İlk sırada “Qarabağ”ın qrupdakı rəqibi olan Fransa “Nant”ında çıxış edən Nikolya Pallua (12) qərarlaşıb. 

Avropa Liqasının qrup mərhələsinin ilk turunda Almaniyada “Frayburq”a 1:2 hesabı ilə uduzan “Qarabağ”, 2-ci turda Bakıda “Nant”ı 3 cavabsız qolla məğlub edib.

Zakir Abbas, Bizim.Media

“Qarabağ”ın futbolçusu Avropa Liqasının siyahısında ilk beşlikdə - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO